Slimfit
  1. CƏMİYYƏT

Respublika Seysmoloji Xidmət Mərkəzi gücləndirilmiş rejimdə işləyir

Respublika Seysmoloji Xidmət Mərkəzi gücləndirilmiş rejimdə işləyir
Sakura

Respublika Seysmoloji Xidmət Mərkəzi gücləndirilmiş rejimdə işləyir

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın respublika ərazisində karantin rejimi elan etməsindən sonra bir sıra dövlət qurumları ilə yanaşı, Nazirlər Kabinetinin rəsmi icazəsi ilə AMEA nəzdində Respublika Seysmoloji  Xidmət Mərkəzi məhdud sayda əməkdaşlarını işə cəlb etməklə fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir.

Bu barədə APA-ya qurumdan bildirilib. 

Qeyd edək ki, RSXM ölkə ərazisində seysmoloji tədqiqatlar aparan yeganə dövlət təşkilatıdır. Mərkəzin hazırda 40 telemetrik seysmik stansiyası fəaliyyət göstərir. Həmin stansiyalardan məlumatlar peyk vasitəsi ilə birbaşa “Zəlzələlərin tədqiqatı bürosu”na ötürülür. Burda 35 ərazi və 5 regional seysmik stansiyaların məlumatları  emal edilir. Hazırda stansiyalar və büro işini fasiləsiz olaraq “real vaxt” rejimində davam etdirir. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR