
Rəsmi Tehran: "ABŞ ilə nüvə danışıqları artıq mənasızdır"
İran hesab edir ki, İsrailin son hücumlarından sonra Vaşinqtonla Tehran arasında İranın nüvə proqramı ilə bağlı danışıqlar mənasını itirib.
Ens.Az "Oxu.Az"a istinadən xəbər verir ki,bu barədə İranın "Tasnim" agentliyinə açıqlamasında ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.
"Digər tərəf (ABŞ - red.) elə davrandı ki, danışıqlar əhəmiyyətini itirdi. Bir tərəfdən danışıqlara hazır olduğunu bəyan edib, digər tərəfdən isə sionist rejimin İrana zərbələr endirməsinə şərait yaratmaq - bu, ziddiyyətli yanaşmadır", - deyə iranlı diplomat vurğulayıb.
X atırladaq ki, ABŞ və İran aprel ayından bəri Oman vasitəçiliyi ilə nüvəOxu.Az xəbər verir ki, məsələsi üzrə dolayı danışıqlar aparırdı. Altıncı raundun bazar günü Maskatda keçirilməsi planlaşdırılsa da, İsrailin son raket hücumlarından sonra bu görüşün baş tutub-tutmayacağı sual altındadır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət