Dərc edildi: Baxış sayı: 478
Fransa özünü respublika elan etmiş Dağlıq Qarabağı tanımır
Fransa özünü respublika elan etmiş Dağlıq Qarabağı tanımır. Özlərini onun təmsilçiləri kimi təqdim edənlərlə Fransa heç bir əlaqə saxlamır.
Azvision.az xəbər verir ki, Fransanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bu fikirlər Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında yer alıb.
Açıqlamada bildirilib: “Minsk qrupunun həmsədri kimi Fransa münaqişənin sülh yolu ilə və davamlı həlli üçün çalışır və özünün qərəzsiz vəzifəsinə tam riayət etməklə vasitəçilik missiyasını yerinə yetirir”.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət