Slimfit
  1. AZƏRBAYCAN

Rəsmi Bakıdan rumıniyalı deputatın “işğalçı olacaqsınız” fikrinə reaksiya

Rəsmi Bakıdan rumıniyalı deputatın “işğalçı olacaqsınız” fikrinə reaksiya
Sakura

Rəsmi Bakıdan rumıniyalı deputatın “işğalçı olacaqsınız” fikrinə reaksiya

Rumıniya Ticarət-Sənaye Palatasının üzvü Afanasi Tyudorun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədikləri onun şəxsi fikirləridir və görünür, o, münaqişənin tarixi və hüquqi aspektlərindən məlumatsızdır. 

Bu fikirləri Oxu.Az-ın sorğusuna cavabında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva A.Tyudorun “Azərbaycan Qarabağı azad etsə, işğalçı dövlət kimi tanınacaq” fikrinə münasibət bildirərkən deyib.

“Münaqişənin həlli ilə bağlı beynəlxalq ictimaiyyətin mövqeyi, o cümlədən, Rumıniyanın rəsmi mövqeyi birmənalıdır: Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi, ərazi bütövlüyü və münaqişənin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında həlli dəstəklənir. 

Dağlıq Qarabağın azad olunmasına gəldikdə isə, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini bərpa etmək Azərbaycanın şəksiz hüququdur. Bu, BMT Nizamnaməsinin bizə verdiyi hüquqdur”, - o bildirib.

Qeyd edək ki, A.Tyudor Milli Məclisdə (MM) keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Qarabağ problemini “qarışıq məsələ” adlandırıb.

Tyudor deyib ki, Azərbaycan Qarabağı azad edərsə, işğalçı dövlət olacaq:

“Siz deyirsiniz ki, Qarabağ sizindir. Amma o ərazilər hazırda Ermənistanın nəzarətindədir. Əgər siz Qarabağı işğaldan azad etsəniz, onda işğalçı kimi tanınacaqsınız, işğalçı kimi qəbul ediləcəksiniz”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR