Slimfit
  1. SİYASƏT

Rəsmi Bakıdan Fransaya cavab: Uzaq olun!

Rəsmi Bakıdan Fransaya cavab: Uzaq olun!
Sakura

Rəsmi Bakıdan Fransaya cavab: Uzaq olun!

Azərbaycan Respublikasının Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq tərəfimizdən görülən tədbirlər barədə Fransa Respublikasının Avropa və Xarici işlər Nazirliyinin bəyanatını qətiyyətlə rədd edir və pisləyirik.

Ens.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici işlər Nazirliyinin Fransa Avropa və Xarici İşlər Nazirliyinin Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinin təxribatlarına qarşı cavab tədbirləri barədə qəbulolunmaz bəyanatına dair şərhində yer alıb.

"Azərbaycan ərazilərinin işğalı faktına və bu faktın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi ilə tanınmasına baxmayaraq, Fransanın 1997-2020-ci illərdə ATƏT-in Minsk qrupunda həmsədrliyi dövründə münaqişənin beynəlxalq hüquq əsasında ədalətli həllini tapmasından daha çox işğal nəticələrinin və bölgədəki status-kvonun saxlanmasına töhfə verdiyi yaxşı yadımızdadır.

Bu baxımdan, hazırkı post-münaqişə vəziyyətində belə əvvəlki siyasətindən imtina etməyən Fransanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq görülən tədbirlər barədə bugünkü bəyanatını işğal dövrünün qalıqlarına göstərilən dəstək kimi qiymətləndiririk.

44 günlük Vətən müharibəsi zamanı da anti-Azərbaycan mövqeyi və bəyanatları ilə seçilən Fransanın, münaqişədən sonrakı vəziyyətdə bölgədə sülh quruculuğu səylərindən kənarda dayanaraq, prosesə yalnız mənfi təsir göstərən açıqlamalar verməsi, separatizmi dəstəkləyən mövqe göstərməsi ilə özünü regiondan daha da təcrid etməsi yaxşı məlumdur.

Fransanın bugünkü mövqeyi bu ölkənin müstəmləkə bölgələrində bu gün üzləşdiyi mövcud vəziyyətdən dərs almadığını və bu mövzuda əvvəlki davranışlarını və siyasətlərini davam etdirdiyini göstərir.

Fransa rəsmiləri, Milli Assambleyası və Senatı Azərbaycana qarşı bəyanatlar verilməsi və sənədlərin qəbulunda Ermənistandan daha fəal çıxış edirlər.

Fransanın İslamofob və anti-Azərbaycan siyasəti və onun daxili işlərimizə qəbuledilməz müdaxiləsi göstərir ki, Fransa regiondan nə qədər uzaq olsa, region üçün bir o qədər yaxşı olar", - XİN-dən bildirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR