Slimfit
  1. SİYASƏT

Rəsmi Bakı: “ABŞ Dövlət Departamenti kimə və nəyə görə narahatdır?

Rəsmi Bakı: “ABŞ Dövlət Departamenti kimə və nəyə görə narahatdır?
Sakura

Rəsmi Bakı: “ABŞ Dövlət Departamenti kimə və nəyə görə narahatdır?

“Corc Floydun ölümündən sonra hazırda bütün dünya ictimaiyyəti ABŞ-ı bürüyən iğtişaşlar səbəbindən bu ölkədəki vəziyyətə görə narahatdır”.

Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva belə bəyanatla çıxış edib.

2020-ci il iyulun 20-də ABŞ Dövlət Departamenti “ABŞ-ın COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə demokratiya, yaxşı idarəetmə və insan hüquqlarına dəstəyi” adlı informasiya bülleteni dərc edib və burada Azərbaycana da istinad edilib.

Dövlət Departamenti Azərbaycan hakimiyyətini COVID-19-a qarşı görülən tədbirlərin vətəndaş cəmiyyəti təbliğatını, müxalif səsləri və ya ictimai müzakirələri susdurmaq üçün istifadə edilməməsini təmin etməyə çağırıb.

L.Abdullayeva bununla bağlı daha sonra bildirib:

“Belə bir şəraitdə ABŞ Dövlət Departamenti kimə və nəyə görə narahatdır? Bunu başa düşə bilmirik”.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR