Dərc edildi: Baxış sayı: 1433
Rəşid bəy Əfəndiyev - İlin fəsilləri dörddür
Qar gedər, yer açılar,
Göydən yağış saçılar,
Bil, bu hansı fəsildir,
Çəmən, çiçək açılar?
- * *
Quşlar bala balalar,
Maldar ot, ələf çalar,
Bil, bu hansı fəsildir,
Sünbül, çıxar dən alar?
- * *
Meyvə dəyib dərilər,
Xırman, taxıl döyülər,
Bil, bu hansı fəsildir,
Aləm behiştə dönər?
- * *
Qar aləmi ağardar,
Xalq malın dama salar,
Bil, bu hansı fəsildir,
Hər evdə ocaq yanar?
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət