Slimfit
  1. ƏDƏBİYYAT

Rəşid bəy Əfəndiyev - Ana laylası

Rəşid bəy Əfəndiyev - Ana laylası
Sakura

Rəşid bəy Əfəndiyev - Ana laylası

Balama çalsa layla bülbüllər,
Balamı bəsləsə qızılgüllər,
Göydən enmiş mələk gəlib yanıma,
Balama söyləsə şirin dillər:
– Qoy anan da yazıqdı yatsın, gəl,
Yat balam, yat quzum, bir az dincəl.
Ciyərim parəsi, gözüm nuru,
Dərdimin sən əlacı-məşhuru,
Qulluğunda anan pərəstardır,
Söyləyir cənnət içrə hər huri:
– Qoy anan da yazıqdı yatsın, gəl,
Yat balam, yat qızım, bir az, dincəl.
Yaşa, böyülən sağ ol, cavan canım,
İgid ol, ərsəyə gəl, oğlanım,
Oxu, ol millətin pərəstarı,
İndi yat, yuxula dərdə dərmanım:
– Qoy anan da yazıqdı yatsın, gəl,
Yat balam, yat quzum, bir az dincəl.
Aqil ol, çat kamala, ey oğlum,
Alim ol, elmi-hala, ey oğlum,
Mərifət məktəbində xoşbəxt ol,
Uğrama heç zəvala, ey oğlum:
– Qoy anan da yazıqdı yatsın, gəl,
Yat balam, yat quzum, bir az dincəl.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR