Slimfit
  1. İDMAN

Rəşad Sadıqov: "Qazandığımız qələbə bizim üçün çox önəmli idi"

Rəşad Sadıqov: "Qazandığımız qələbə bizim üçün çox önəmli idi"
Sakura

Rəşad Sadıqov: "Qazandığımız qələbə bizim üçün çox önəmli idi"

Qazandığımız qələbə bizim üçün çox önəmli idi.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Kəpəz"ə qarşı Misli Premyer Liqasının XXIV turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

O, qələbə qazandıqları oyun barədə danışıb:

"Hər iki komandanın futbolçularına təşəkkür edirəm. Nəticə fərqli də olsaydı, yenə bu fikirdə qalacaqdım. Dünən rəqib komanda oyuna gəlsə də, oyun təxirə salındı. Bu gün də matç bir neçə saat yubandı. "Zirə" azarkeşləri, klubun işçiləri, bir sözlə, hər kəs stadionun qardan təmizlənməsi üçün əlindən gələni edirdi. Qarşılaşmanın gecikməsi isə futbolçuların motivasiyasını aşağı sala bilərdi. Lakin onların hər biri bu gün meydanda "vuruşdular". Qazandığımız qələbə bizim üçün çox önəmli idi. Buna görə futbolçularıma təşəkkür edirəm. "Kəpəz" yaxşı komandadır, iddialı komandalarla layiqli mübarizə aparır".

 

Qeyd edək ki, XXIV turun "Zirə" - "Kəpəz" oyununda "qartallar" 2:0 hesablı qələbəyə sevinib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR