Slimfit
  1. MEDİA

“REPORT” İnformasiya Agentliyinin Report.ge resursu fəaliyyətə başlayıb

“REPORT” İnformasiya Agentliyinin Report.ge resursu fəaliyyətə başlayıb
Sakura

“REPORT” İnformasiya Agentliyinin Report.ge resursu fəaliyyətə başlayıb

“REPORT” İnformasiya Agentliyinin Gürcüstanda www.report.ge resursu fəaliyyətə başlayıb.

Mərkəzi ofisi paytaxt Tbilisidə yerləşən xəbər saytının əsas məqsədi qonşu ölkədə etibarlı xəbər mənbəyi kimi özünü təsdiq etmək, Gürcüstan ictimaiyyətinin diqqətinə bu ölkədə və xaricdə baş verənləri operativ şəkildə və obyektiv qaydada çatdırmaqdır.

Agentliyin baş redaktoru Nino Xidaşeli bildirib ki, report.ge günboyu Gürcüstanın ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında baş verən aktual hadisələr, habelə xarici xəbərlər yayımlayacaq.

Report.ge artıq bütün sosial şəbəkələrdə aktivdir və bu da onu bir növ multimedia klasterinə çevirir.

Report.ge hazırladığı materialları müasir rəqəmsal texnologiyaları tətbiq etməklə oxucuların daha rahat qəbul edəcəyi formada təqdim edəcək.

Report.ge həm video, həm də yazılı məzmunu özündə birləşdirir, bu da informasiya qəbulunu asanlaşdırır.

www.report.ge üç dildə (gürcü, rus və ingilis) fəaliyyət göstərir.

Xatırladaq ki, internet resursu report.az olan “Report” İnformasiya Agentliyi Azərbaycanın onlayn media məkanında 2014-cü ildə fəaliyyətə başlayıb. Baş ofisi Bakı şəhərindədir.

Yarandığı gündən agentliyin qarşıya qoyduğu məqsədlər ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, videoreportajlar vasitəsilə işıqlandırmaqdan ibarət olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR