Repetitorlar da işləmək üçün qeydiyyatdan keçməlidir
Kaerantin qaydalarının yumşaldılması nəticəsində fəaliyyətinə icazə verilən sahələrdən biri də fərdi tədris və repetitor xidmətləridir. Müəllim gün ərzində istədiyi qədər repetitor kimi fəaliyyətini davam etdirə bilər, bir şərtlə ki, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçsin. Amma şagirdlər gün ərzində bu xidmətdən yalnız bir dəfə, SMS vasitəsilə icazə alaraq, üç saat ərzində istifadə edə bilərlər.
Baku.Tv xəbər verir ki, repetitorun “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməsi üçün elektron imzası və ya “ASAN imza”da “möhürvurma səlahiyyəti” olmalıdır.
Belə ki, küçədə polis şagirdi saxladığı zaman müəllimin “icaze.e-gov.az” portalında qeydiyyatının olub-olmaması yoxlanacaq. Repetitorun sözügedən portalda qeydiyyatı yoxdursa, karantin dövründə fəaliyyət göstərə bilməz.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət