Slimfit
  1. PSİXOLOGİYA

Rənglər bizə necə təsir edir?

Rənglər bizə necə təsir edir?
Sakura

Duyğu və hisslərimiz öz rənginə malikdir

Biz  rəngləri  tez-tez mövcud olma kimi qəbul edirik və fikirləşmirik ki,  niyə bəziləri bizdə hisslərin və emosiyaların yüksəlməsinə səbəb olduğu halda , bəzilərinə qarşı  tamamilə laqeydik. Bunun  elmi izahı var!.

 Bu  fikir sizə absurd görünə bilər, amma duyğu və hisslərimiz öz rənginə malikdir.  Kədər və ya həsrət, sevinc və heyranlıq,  sonra isə  qorxu hissini rənglərlə təsəvvür etməyə çalışın. Elə indicə sizin təxəyyülünüzdə  heyrətamiz  metamorfozalar canlandı: boz və ya mavi rənglər sarı və ya narıncı rənglərə dəyişdi ,  qorxu  isə qara rəngə boyandı.  Hansı rəngləri seçməyimizin səbəbi nədir?

 Mədəniyyət və dil mühüm rol oynayır.  Danışmağa başlayana qədər uşqalarda sağ yarımkürə rənglərin fərqlənməsinə cavabdehdir, ancaq dilin mənimsənilməsi zamanı rəng qavrayış funksiyası sol yarımkürəyə keçir.  Danışdığımız dil rəngləri necə qəbul etdiyimizə birbaşa təsir edir.

 Hər bir mədəniyyətin rəng haqqında öz təsəvvürləri var.  Belə ki,  xristian ölkələrində qara rəng matəm rəmzi  hesab olunur, baxmayaraq ki, İspaniya və Fransada orta əsrlərin sonuna qədər ağ  rəng belə sayılırdı. 1499-cu ildə tarixdə ilk dəfə ağ gəlinlik geyinən Bretoniyalı Annanın hekayəsi bununla bağlı idi.  Siyasi maraqlar ikinci evliliyi tələb edirdi və ağ gəlinlik hersoqinyanın etirazının bir növ  ifadəsi oldu.

 İnsan rəngi yalnız görmə ilə deyil, dəri reseptorları  vasitəsilə də qəbul edir.

 Bəzi rənglər müxtəlif həyat şəraitlərinə uyğun olaraq  bizim üçün dərin məna kəsb edir . Ən sevdiyiniz rəng hansıdır?  Düşünürəm ki, çoxları bu suala demək olar ki, düşünmədən cavab verə biləcəklər.  Təcrübəmdən maraqlı bir hadisəni xatırlayıram.  Qadın, məsləhət üçün  4 yaşlı qızını və uşaq tərəfindən çəkilən , ananın yalnız qara rəngdə rəngləndiyi, ənənəvi olaraq təcavüzkar, düşmən və ya qorxu ilə əlaqəli olduğu təsvirləri gətirmişdi.  İş prosesində qızın anasına çox bağlı olduğunu və  rəng seçiminin isə ananın qarderobunda  qara rəngin üstünlük təşkil etməsindən qaynaqlandığını öyrəndik. Ola bilər ki,  bu qızın  həyatında qara rəng xoş və isti şeylər ilə  assosiasiya olunacaq və rəsmləri, xoş anlar üçün standart olmayan rəng seçimi ilə sürprizə səbəb olacaqdır.

 Bu gün alimlər rəngin fizioloji və psixoloji vəziyyətimizə təsirini araşdırmağa davam edir.  Bir insanın rəngini yalnız görmə ilə deyil, həm də dəri reseptorları ilə qəbul etdiyi sübut edilmişdir.  Psixologiya və tibdə rəng effektinin müalicəvi məqsədlərlə istifadə edildiyi ayrcaı bir istiqamət -rəng terapiyası mövcuddur. Rəng terapiyası Kazimir Maleviçin araşdırmasına əsaslanır: rəssam müəyyən rənglərlə boyanan divarların otaqdakı insanların vəziyyətinə təsir etdiyini sübut etdi.  Belə ki, bir rəng öskürəyə, digəri baş ağrısına səbəb ola bilər.

 Özünüzü, öz rəng seçimlərinizi, müəyyən bir rəngin sizdə hansı hissləri ifadə etdiyini və bunun sizə necə təsir etdiyini başa düşmək istəyirsinizsə, sizə art- terapiya metodları kömək edəcəkdir.

Mənbə: psychologies.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR