Slimfit
  1. AVTO VƏ MOTO

Renault-dan “Moskviç 2020” nüsxəsi

Renault-dan “Moskviç 2020” nüsxəsi
Sakura

Renault-dan “Moskviç 2020” nüsxəsi

Hə hə. Başlıq düzdür. Moskviçdir və Renault şirkətindəndir. Bir müddət əvvəl fransızların "Moskviç" rəmzi və markasının hüquqlarını alması barədə xəbərlər yayıldı.

Bu xəbər bütün dünyada yayıldıqdan sonra Renault, "bəli həqiqətən də bu belədir" deyə bir şərh verdi. Avtomobil mütəxəssisləri, fransız avtomobil istehsalçısının daxili mənbələrinə istinadən Renault-un əfsanəvi markanı canlandırmaq barədə ciddi düşündüyünü söylədi.

Əlbəttə əzəli şəkildə deyil. Yenə də xəbər olduqca maraqlıdır. Dərhal, Renault-dan bir “Moskviç 2020” nüsxəsinin necə görünə biləcəyi barədə layihələr yağmağa başladı.

Bu onlardan biridir. Müstəqil dizayner tərəfindən hazırlanmışdır. Prinsipcə, layihə olduqca pis deyil. Ən maraqlısı, Renault-un ana şirkəti tez – tez müstəqil avtomobil dizaynerlərinə müraciət edir. Və sonra onların işindən nəsə götürür.

Beləliklə, belə bir Moskviçi tezliklə görə biləcək ehtimalımız var. Avtomobil mütəxəssislərinin ikinci nəzəriyyəsi, Renault-un avtomobillərini seqment etmək üçün Moskviç markasından istifadə etməsidir.

Büdcəyə uyğun Renault avtomobili Moskviç markası altında, daha bahalı və qablaşdırılanlar isə Renault markası altında qalacaq.

Bundan əlavə, əgər Renault, Moskviç rəmzini maşınlarına yapışdırarsa, fransızlar bununla çoxlu sayda avtosevərlə nostalji oynayacaqlar. Hansı ki, sürücülük yoluna məhz Moskviçin müxtəlif seriyaları ilə başlayıblar. Düzünü deyim, axında yük yerinin qapağında çoxdan unudulmuş bir rəmzi və hərfləri görmək yenə də xoş olacaq.

Sizcə Moskviç yeni bir avtomobil olacaq və ya Renault büdcə avtomobillərini bu marka ilə seqmentləşdirəcək?

 

Hazırladı: AVTO KLUB AZƏRBAYCAN klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Mənbə: AvtoKlub Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR