Slimfit
  1. İDMAN

Renat "Fənərbağça"ya qarşı oynadı, komandası uduzdu

Renat "Fənərbağça"ya qarşı oynadı, komandası uduzdu
Sakura

Renat "Fənərbağça"ya qarşı oynadı, komandası uduzdu

Bu gün Türkiyə Superliqasında XXVIII turun növbəti oyunları keçirilib.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, "Fənərbağça" səfərdə "Hatayspor"la qarşılaşıb. Görüş İstanbul nəhənginin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 25-ci dəqiqədə Osayi Samuel və 40-cı dəqiqədə Cəngiz Ündər vurub.

Milli komandamızın üzvü Renat Dadaşov da bu görüşün iştirakçısı olub. O, matçın 79-cu dəqiqəsində meydana daxil olub.

Günün digər oyunlarında "Rizəspor" "Kayserispor"u 3:0 hesabı ilə məğlub edib. "Ankaragücü"- "İstanbulspor" görüşü isə qollu sülhlə başa çatıb - 1:1.

Qeyd edək ki, "Fənərbağça" 73 xalla turnir cədvəlinə başçılıq edir. Bir oyun az keçirən "Qalatasaray" 72 xalla 2-ci, 46 xalı olan "Trabzonspor" isə 3-cü pillədə qərarlaşıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR