Slimfit
  1. MƏDƏNİYYƏT

“Rekord vurmuşuq” — Nazir

“Rekord vurmuşuq” — Nazir
Sakura

“Rekord vurmuşuq” — Nazir

“Mədəniyyət Nazirliyi kinematoqrafiya sahəsi üzrə də layihələr həyata keçirir. Bizə təqdim olunan 250 ssenaridən 20 əsər götürüldü və film çəkiləcək”. 

Qafqazinfo” xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev bu gün keçirilən kollegiya iclasında deyib. 

Nazir qeyd edib ki, bununla əlaqədar dövlət büdcəsindən vəsait ayrılacaq: “Eyni zamanda prodüser şirkətləri ilə əməkdaşlıq etməyə hazırıq”.

Ə. Qarayev muzeylərin fəaliyyətindən danışaraq rekorda imza atıldığını qeyd edib: “Bu il 122 min nəfər bilet alaraq Xalça muzeyinə gəlib. Rekord vurmuşuq. Olduqca böyük nəticədir. Bütün muzeylər bu cür çalışmalıdır. Artıq 3 muzeydə audiobələdçilər tətbiq edilir. Başqa muzeylərdə də tətbiq olunacaq. Muzeylərin fəaliyyətini ciddi nəzarətə keçirmişik və cəlbedici layihələr həyata keçirməlidirlər. Muzeydə saxlanılan əşyalar dünya miqyasında tanınmalıdır”.

Elvin Elxan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR