Slimfit
  1. TEXNOLOGİYA

Reklamı bloklayan eynək hazırlanıb

Reklamı bloklayan eynək hazırlanıb
Sakura

Reklamı bloklayan eynək hazırlanıb

İki amerikalı gənc alim İvan Keş və Skott Blyu elektron bannerlərdə küçə reklamını bloklayan “IRL Glasses” günəş eynəyini təqdim edib.

ICTnews” Elektron Xəbər Xidməti “Tvzvezda” resursuna istinadən yazır ki, məlumata görə, eynəyin başlıca xüsusiyyəti küçə ekranlarından maye-kristal şüalar buraxmayan linzadır. Buna baxmayaraq eynək “OLED” ekranlardan şüalanmanı buraxır. Beləliklə, istifadəçilər asanlıqla smartfonlardan istifadə edə bilərlər.

“Dünyada diqqət uğrunda mübarizə aparan displeylər üçün bum yaşanır ki, bu da bəzən insanlar arasında əlaqəni yayındırır və pozur. “IRL Glasses” sizi birinci edir”, - eynək yaradıcıları bildirib.

Hazırda gənc sahibkarlar internetdə qurğunun fəal satışı ilə məşğuldurlar. Bloklama eynəyinin qiyməti 49 dollar təşkil edir. Startapçılar artıq 50 min dollardan çox vəsait toplamağa nail olublar.

2019-cu ildə eynəyin dünya bazarına çıxarılması nəzərdə tutulur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR