Slimfit
  1. CƏMİYYƏT

Rəhman Rəhmanov əməliyyat olundu

Rəhman Rəhmanov əməliyyat olundu
Sakura

Rəhman Rəhmanov əməliyyat olundu

Əməkdar artist Rəhman Rəhmanov əməliyyat olunub.

Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, bununla bağlı sənətkar qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində məlumat verib.

Səhhətində uroloji problem yarandığı üçün aktyor özəl tibb müəssisələrin birində təcili əməliyyata qərar verdiyini açıqlayıb:

“Bu əməliyyat mənim üçün möcüzə oldu. Srağagün əməliyyat olundum. Dünən xəstəxanadan çıxdım. Bu gün də avtomobilimə əyləşib gəlmişəm bu verilişə. Bu əməliyyat heç də asan əməliyyat deyil. Əməliyyat otağında oğlum Emilin mahnıları səslənirdi. Elə onun mahnıları fonunda əməliyyat olundum. Böyrəyimdən çıxarılan daşları əməliyyatdan sonra mənə verdilər. O daşları özümlə evə aparıb pilləkən tikəcəyəm. Pilləkən tikməyə pulum çatmırdı (gülür). Ağrı nədir, bilmədim. Əməliyyatdan sonra gecə çox gözəl yatdım”.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR