Dərc edildi: Baxış sayı: 562
Rəhbərliyin maaşını işçilərə paylayacaqlar
Koronavirus infeksiyası futbol ictimaiyyətini də çətin vəziyyətdə qoyub. Çempionatların dayandırılması, mötəbər turnirlərin təxirə salınması bu sektorda maddi problemlərə yol açıb.
Yenisabah.az xəbər verir ki, Şotlandiyanın məşhur "Qlazqo Reyncers" klubu vəziyyətdən çıxış yolu tapıb.
“Qlazqo Reyncers”in baş məşqçisi Stiven Cerrard deyib ki, işçilərin maaşlarını vaxtında ödəmək üçün rəhbərlik fədakarlıq etməyə qərar verib. Onun sözlərinə görə, klub rəhbərliyi, baş məşqçi və futbolçular 3 ay məvacib almayacaqlar. Onlara çatmalı olan pullar sadə işçilərin maaşının ödənilməsinə sərf olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət