Slimfit
  1. TÜRKİYƏ

Regionun taleyini dəyişən Böyük Gün

Regionun taleyini dəyişən Böyük Gün
Sakura

Bu gün Türkiyədə Cümhuriyyət Bayramı qeyd edilir

Bu gün Türkiyədə Cümhuriyyət Bayramı qeyd edilir.

Axar.az xəbər verir ki, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk Qurtuluş savaşında Qərb ölkələri üzərində qələbədən sonra 1923-cü il oktyabrın 29-da Cümhuriyyətin qurulduğunu elan edib.

Hələ Birinci Dünya savaşından sonra Antanta dövlətləri tərəfindən İstanbul, İzmir və digər Osmanlı torpaqlarının işğalı Türk Milli Hərəkatının ortaya çıxmasını şərtləndirib. Bundan sonra 1919-cu il mayın 19-da Atatürkün rəhbərliyi altında Qurtuluş Savaşı başlayıb. 1922-ci il sentyabrın 18-də isə bütün düşmən hərbi qüvvələri ölkədən qovulub. 1923-cü il oktyabrın 29-da rəsmən paytaxtı Ankara olan Türkiyə Cümhuriyyəti elan edilib.

Atatürk 1933-cü il oktyabrın 29-da Cümhuriyyətin 10-cu ili ilə bağlı keçirilən tədbirdə bu günü “ən böyük bayram” kimi qiymətləndirib.

Mustafa Kamalın Cümhuriyyətin qurulmasından bir gün əvvəl dediyi “Əfəndilər, sabah Cümhuriyyəti elan edəcəyik” sözlərini bütün dünya türkləri fəxarətlə xatırlayır. Çünki sonradan bu söz təkcə bir toplumun, bir xalqın, ulusun deyil, bütün regionun, tarixin gedişatını dəyişdi.

Bu gün Türkiyə Respublikası öz gücünə görə dünyada söz sahibi olan ölkələrdən biridir. 95 yaşını qeyd edən qardaş ölkənin builki bayramı mühüm bir ilklə yadda qalacaq. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda yeni hava limanının açılışını edəcək. Bununla yanaşı, o, Atatürkün dəfn olunduğu Anıtqəbir Kompleksini ziyarət edəcək və Türkiyənin müxtəlif yerlərində keçiriləcək bayram tədbirlərinə qatılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR