Slimfit
  1. SİYASƏT

Regional Təhsil İdarələrinə yeni müdir müavinləri təyin olunublar

Regional Təhsil İdarələrinə yeni müdir müavinləri təyin olunublar
Sakura

Regional Təhsil İdarələrinə yeni müdir müavinləri təyin olunublar

 

Bir sıra regional təhsil idarələrinə yeni müdir müavinləri təyin olunub.

Ens.Az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmri ilə Aynur Rüstəmova Abşeron-Xızı Regional Təhsil İdarəsinin, Hafiz Pənahov Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Hüseyn Hüseynov Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunublar.

Aynur Rüstəmova 1994-98-ci illərdə Bakı Dövlət Universitetinin filologiya ixtisası üzrə bakalavriat, 2008-10-cu illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya ixtisası üzrə magistratura səviyyələri üzrə təhsil alıb. Əmək fəaliyyətinə 1998-ci ilə Bakı şəhəri 51 nömrəli tam orta ümumtəhsil məktəbində ixtisası üzrə müəllim olaraq başlayıb. 2006-22-ci illərdə Bakı Avropa Liseyi, Bakı şəhəri 20 nömrəli tam orta ümumtəhsil məktəbində ixtisası üzrə müəllim və təlim-tərbiyə (tədris) işləri üzrə direktor müavini vəzifələrində çalışıb. 2022-ci ildən isə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodiki Dəstək Mərkəzinin direktoru vəzifəsində çalışıb. A.Rüstəmova bir sıra dərslik, metodiki vəsait və ümumtəhsil müəssisələri üçün nəzərdə tutulmuş proqramların həmmüəllifi və müəllifi olub. Həmçinin o, bir çox layihələrdə iştirak edib, 2009-cu ildə "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olub.

Hüseyn Hüseynov 2005-2009-cu illərdə Lənkəran Dövlət Universitetində gömrük işinin təşkili ixtisası üzrə bakalavr, 2011-14-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin menecment ixtisası üzrə magistr təhsili alıb. Əmək fəaliyyətinə 2011-ci ildə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar şəhər Məktəb-Lisey Kompleksində baş mütəxəssis olaraq başlayıb. 2019-23-cü illərdə Elm və Təhsil Nazirliyində müvafiq vəzifələrdə çalışıb. 2023-cü ildən isə MÜTDA-nın Məktəbəqədər təhsilin təşkili şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində çalışıb.

Hafiz Pənahov 2000-2004-cü illərdə Gəncə Dövlət Universitetində Coğrafiya ixtisası üzrə bakalavr, 2022-24-cü illərdə ADA Universitetinin menecment (təhsilin təşkili və idarəolunması) ixtisası üzrə magistr təhsili alıb. Əmək fəaliyyətinə 2005-ci ildə Şəmkir rayonu Zəyəm Cırdaxan kənd tam orta ümumtəhsil məktəbində ixtisası üzrə müəllim olaraq başlayıb. 2015-22-ci illərdə Şəmkir Rayon Təhsil Şöbəsində metodist, müdir müavini vəzifələrində çalışıb. 2022-24-cü illərdə Qazax-Tovuz Regional Təhsil İdarəsində, daha sonra Lənkəran-Astara Regional Təhsil İdarəsində baş məsləhətçi olaraq fəaliyyət göstərib. Hazırda Lənkəran-Astara RTİ-də Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsində çalışır. H.Pənahov təhsil sahəsi üzrə bir çox layihə, seminar və təlimlərdə iştirak edib, 2013-14-cü tədris ili üzrə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR