Slimfit
  1. DÜNYA

Region böyük müharibə astanasında – Paşinyanın qorxulu Qarabağ gedişləri

Region böyük müharibə astanasında – Paşinyanın qorxulu Qarabağ gedişləri
Sakura

Region böyük müharibə astanasında – Paşinyanın qorxulu Qarabağ gedişləri

Ermənistanın baş naziri Rusiyadan yenə əliboş qayıtdı; İrəvanın “bir qarış torpaq da verməyəcəyik” ritorikasının mümkün sonucları; rusiyalı politoloq: “İrəvan Bakını bilərəkdən yeni müharibəyə təhrik etmək üçün əlindən gələni edib...”

İyunun 6-da Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında çoxdan gözlənilən görüş baş tutub. Bu görüş Azərbaycan üçün ən əvvəl Dağlıq Qarabağ kontekstində maraq kəsb edirdi. Ona görə ki, son vaxtlar erməni tərəfinin destruktiv mövqeyi və bəyanatları onsuz da kövrək olan sülh danışıqlarını yenidən dalana salıb. Ancaq Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, görüşdə Qarabağ məsələsi diqqət mərkəzində olmayıb.

“Qarabağ münaqişəsi ətraflı müzakirə olunmadı. Dünənki (srağagünkü-red.) söhbətdə ikitərəfli münasibətlər və ticari-iqtisadi sahədə qarşılıqlı əməkdaşlığın müxtəlif aspektləri barədə müfəssəl müzakirələr aparıldı”, - deyə Peskov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı jurnalistlərə açıqlamasında qeyd edib.

Belə çıxır ki, Putin - konfliktin həllində 3 vasitəçidən birinin və ən mühümünün başçısı üçün Dağlıq Qarabağ mövzusu, son vaxtlar təmas xəttində artan gərginlik və müharibə riskləri ikinci dərəcəlidir. Yaxud Qarabağ tematikası Moskvanı ciddi ilgiləndirmir. Doğrudur, Peterburq tədbiri iqtisadi xarakterli idi. Hərçənd blokadada və iqtisadiyyatı yox durumunda olan cırtdan Ermənistanın forum iştirakçıları üçün hansı iqtisadi-ticari önəm kəsb elədiyindən danışmağa dəymir.

Qalır Ermənistanla Rusiyanı birləşdirən və Azərbaycana da dəxli olan ortaq problemlər - Qarabağ, qazın qiyməti məsələləri. Qarabağın diqqətdə olmadığı artıq yəqindir. İstisna deyil ki, Paşinyan Rusiya lideri ilə görüşdə bir daha Ermənistana satılan qazın qiymətində anlaşma əldə eləməyə çalışıb. Görünür, bu yöndə də İrəvanın istəyinə uyğun nəticə yoxdur. Əks halda, Paşinyan bunu dərhal reklam edərdi. Bir sözlə, Paşinyan budəfəki Rusiya səfərindən də əliboş dönüb.

Başqa nəticə gözlənilmir də. Görəsən, Ermənistan rəhbərliyi nə vaxt anlayacaq ki, onun xalqının nicatı və rifahı quru sərhədi olmayan Rusiya ilə yox, ən əvvəl həmsərhəd və qonşu, nefti-qazı bol Azərbaycana bağlıdır?

Əfsus ki, işğalçı ölkənin təzə rəhbərliyi inqilab yolu ilə devirib yerinə keçdiyi Sərkisyan rejiminin Qarabağa kursunu davam etdirir. Bu yolun hara, nəyə apardığı isə çoxdan bəlli - davam edən ağır blokada vəziyyəti, yoxsulluq, ölkədən kütləvi köç, Rusiyadan davam edən vassal asılılığı, kasıb əhalinin boğazından kəsilərək silahlanmaya yönələn vəsait.

*****

Belə bir durum əlbəttə ki, ən çox Moskvaya sərf edir. Hərçənd rusiyalı politoloq Qriqori Trofimçuk hesab edir ki, Kreml Qarabağ probleminin həlli üçün bacardığını edir.

paşinyan müharibə ile ilgili görsel sonucu

“Rusiya tərəfinin Qarabağ nizamlanması üzrə İrəvana nə təklif elədiyindən danışsaq, prinsipcə, bu təkliflər çoxdan məlumdur. 2016-cı ildəki aprel müharibəsinin yekununa dair müvafiq sammitlərdə qərarlar qəbul edilib, müstəsna olaraq diplomatiya və danışıqlardan istifadə eləməklə onları yerinə yetirmək lazımdır. Burada yeni heç nə yoxdur”, - deyə  o qeyd edib (vesti.az).

Politoloq bu zaman vurğulayır ki, Paşinyan Qarabağ məsələsində güzəştə getməyə hətta Serj Sərkisyandan da betər şəkildə, açıq-aşkar hazır deyil: “Düşünürəm ki, Rusiya da daxil, danışıqlar prosesinin bütün tərəfləri özləri üçün bu faktı qeyd edirlər ki, Paşinyan sülh prosesinin gedişini və mahiyyətini öz xeyrinə dəyişmək istəyir. Ona görə fikirləşmək ki, bu cür davam edəcək, sadəlövhlük olardı”.

Politoloqa görə, N.Paşinyan Azərbaycanı bilərəkdən yeni müharibəyə təhrik etmək üçün əlindən gələn hər şeyi edib və Bakıya mesaj verib ki, torpaqları heç bir şərtlə qaytarmağa hazırlaşmır. “Hamı anlayır ki, Qarabağ danışıqlarının real nəticəsi yoxdur. Əgər Qarabağda böyük müharibə baş versə, bu, artıq lokal olmayacaq, partlayış bütün regionu bürüyəcək”, - deyə rusiyalı ekspert xəbərdarlıq edib.

*****

Partlayışı isə yalnız Ermənistanın işğal altındakı torpaqları azad eləməyə başlaması və yaxud buna hazır olmasını bildirməsi önləyə bilər. Təəssüf ki, onların heç biri yoxdur. Bu da növbəti dəlil-sübut.     

AzadlıqRadiosunun erməni xidmətinin xəbərinə görə, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Paşinyan və hökuməti ilə Dağlıq Qarabağdakı saxta rejim arasında gərgin münasibətlərdən, bu gərginlik fonunda “torpaqların verilməsi hazırlıqları” barədə ittihamlardan danışarkən İrəvanla Xankəndi arasında ixtilafın olduğunu təsdiqləyib, amma tərəflərin bir-birlərinin ünvanına irəli sürdüyü son ittihamları, mübahisəni şərh etmək istəməyib. Yalnız onu deyib ki, torpaqların qaytarılması iddialarını müzakirə etməyə belə dəyməz (virtualaz.org).

kreml ile ilgili görsel sonucu

Sitat: “Necə təsəvvür edirsiniz, hakimiyyət Ermənistanın, erməni xalqının və Dağlıq Qarabağın maraqlarına uyğun gəlməyən hansısa addım ata bilərmi? Və bütün bunları razılaşma sənədində əks etdirməyi təsəvvür edərmi? Belə şey ola bilməz. Torpaqların satılmasına dair qalan məsələləri heç müzakirə etməyə də dəyməz”.

Qeyd edək ki, torpaqların qaytarılmayacağı haqda bəyanatlar Paşinyan hökumətinin təmsilçiləri tərəfindən əvvəllər də səsləndirilib. Paşinyan özü də bir neçə dəfə analoji ritorikadan çıxış edib. Habelə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan işğal altındakı Füzuli rayonunda olarkən Arazboyu ərazilərin qaytarılmayacağını, əksinə, orada yeni məskunlaşma aparılacağını bildirmişdi. Az sonra müdafiə naziri David Tonoyan Azərbaycanı yeni ərazi işğalı ilə hədələdi.

Belə olan təqdirdə sülh danışıqlarının heç bir anlamı qalmır. Halbuki beynəlxalq vasitəçilər ən azı, Dağlıq Qarabağ ətrafında 5 rayonun ilkin mərhələdə qaytarılmasını vacib hesab edirlər. Əks halda, müharibənin “fitili” çəkiləcək. Gec, ya tez...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR