Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Rəfael Əsədov Əvəz oğlu

Rəfael Əsədov Əvəz oğlu
Sakura

DOĞUM TARİXİ: 01/01/1970 VƏFAT TARİXİ: 11/12/1992

27 oktyabr 1952-ci ildə Gəncə şəhərində dünyaya göz açmışdır. 1969-cu ildə orta məktəbi bitirdikdən sonra Tbilisi Ali Artilleriya Məktəbinə daxil olmuşdur. O, 1973-cü ildə hərbi məktəbi bitirərək, təhsilini Sankt-Peterburq Hərbi Artilleriya Akademiyasında davam etdirmişdir. R.Əsədov ali təhsilini başa çatdırdıqdan sonra SSRİ Silahlı Qüvvələrinin məhdud kontingenti tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda qulluq etmiş, leytenant rütbəsindən polkovnik rütbəsinədək yüksəlmişdi.

1991-ci il... Azərbaycanın başının üstünü qara buludlar almışdı. Gənc zabit qəlbinin hökmü ilə Vətənə qayıtdı, öz taleyini təzəcə yaranmaqda olan Milli Ordu ilə bağladı. Artilleriyanın təkmilləşdirilməsində, müasir zenit batareyalarının yaradılmasında bilik və bacarığını əsirgəmədi. Polkovnik Rəfael Əsədov artilleriy a korpusunun komandiri təyin edildi. O, Ağdam, Goranboy, Tovuz, Gədəbəy döyüş bölgələrində aparılan hərbi əməliyyatların təşkilatçısı və fəal iştirakçısı oldu. Onun apardığı döyüş əməliyyatlarının əksəriyyəti uğurla nəticələnirdi. Cəsur komandir 12 noyabr 1992-ci ildə Ağstafa bölgəsində növbəti əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə nəzarət edərkən, yaxınlıqda partlayan mərmi qəlpələrindən həlak olmuşdur.

Evli idi. İki övladı var.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə polkovnik Əsədov Rəfael Əvəz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR