Dərc edildi: Baxış sayı: 767
Rəcəb Tayyib Ərdoğan: “Zəlzələdə vəfat edənlər 58 nəfərdir”
Türkiyənin İzmir şəhərində zəlzələ qurbanlarının sayı 58-ə çatıb.
“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.
“58 nəfər vəfat edib, 896 nəfər yaralanıb”, - deyə o bildirib.
Ərdoğanın sözlərinə görə, yaralıların 200-ə qədəri müalicə olunur, qalanları isə evə buraxılıb.
O, yaxınlarını itirənlərə başsağlığı verib və evsiz qalanların tezliklə evlə təmin olunacaqlarını vurğulayıb.
Mənbə: oxu.az
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət