Dərc edildi: Baxış sayı: 686
Rəcəb Tayyib Ərdoğan: “Haqlı mübarizəsində Azərbaycanın yanında olmağa davam edəcəyik”
Tək millət iki dövlətik… Türkiyə olaraq haqlı mübarizəsində Azərbaycanın yanında olmağa davam edəcəyik.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 29-cu il dönümü ilə bağlı bəyanatında deyib.
O, Xocalıda vəhşicəsinə qətlə yetirilənləri rəhmətlə andığını vurğulayıb.
“İllər keçsə də ağrısını unutmayacağımız, kədərini təkrar-təkrar yaşayacağımız Xocalı qətliamının 29-cu ildönümündə qadın, uşaq, yaşlı ayırd edilmədən qəddarcasına qətlə yetirilən 613 Azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm”, - deyə Türkiyənin dövlət başçısı vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət