Reanimasiyada olan və tənəffüs aparatına qoşulan koronaviruslu xəstələrin sayı açıqlanıb
Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 2049-dur.
TƏBİB-dən Ens.az-a verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 138, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 14-dür.
Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 150 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 37874 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 35269 nəfər müalicə olunaraq sağalıb, 556 nəfər vəfat edib, aktiv xəstə sayı 2049 nəfərdir.
Ölkədə son sutka ərzində 7290, hazırkı dövrədək isə 988268 test aparılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət