Dərc edildi: Baxış sayı: 495
“Real”ın “Arsenal”la oyunda möhtəşəm “qayıdışı”
Beynəlxalq çempionlar kuboku davam edir.
Oxu.Az xəbər verir ki, ABŞ-ın Lendover şəhərində “Real” (Madrid) və “Arsenal” (London) üz-üzə gəliblər.
“Topçular” birinci hissədə daha aktiv oyun nümayiş etdirib iki top vurdular: gollar Lakazet və Obameyanqın hesabındadır.
İkinci hissədə madridlilər 3 dəqiqəyə 2 top vuraraq oyuna qayıtdılar. Qolların müəllifləri Beyl və Asensio oldu.
Oyundan sonrakı penaltilərdə Zidanın yetirmələri daha uğurlu oldular – 3:2.
Qeyd edək ki, oyun zamanı arbitr T.Ford hər komandadan bir futbolçuya qırmızı vərəqə göstərərək onları meydançadan qovub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət