Türkiyənin “Beşiktaş” klubu boş qalan qapıçı mövqeyinə iddialı transfer etmək niyyətindədir
Türkiyənin “Beşiktaş” klubu boş qalan qapıçı mövqeyinə iddialı transfer etmək niyyətindədir.
Publika.az xəbər verir ki, İstanbul klubu “Real Madrid”in təcrübəli qapıçısı Kiko Kasilyası heyətinə qatmaq üçün işlərə başlayıb.
Fabrisio Ramirezin komandadan ayrılmasından sonra ciddi boşluq yaşayan komanda bu mövqeyi gücləndirmək üçün simiclik etməyəcək.
Qeyd edək ki, Kasliyas “Real Madrid”in alt qruplarında yetişib, 2007-ci ildə “Espanyol” tərəfindən icarəyə götürülüb və ilk La Liqa matçını bu komandada keçirib. 2008-2015-ci illərdə “Espanyol”da forma geyinib. 2015-ci ilin yayında 5 illik müqavilə ilə “Real” geri qayıdıb.
Bu zamana qədər “Real”la keçirdiyi 3 mövsümdə 43 rəsmi matça çıxıb və 50 qol buraxıb.
Zümrüd
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət