Dərc edildi: Baxış sayı: 514
"Real Madrid"in hücumçusu "Barselona" ilə oyun vaxtı qarət olunub
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzemanın evi qarət olunub.
"Report" "El Chiringuito TV"yə istinadən xəbər verir ki, soyğunçular İspaniya Kubokunun yarımfinal mərhələsinin cavab görüşündə "Barselona" ilə oyun zamanı 32 yaşlı hücumçunun evinə giriblər. Hələlik fransalı forvarda dəyən ziyan bəlli deyil.
Qeyd edək ki, qarşılaşma "Barselona"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kataloniya təmsilçisi iki görüşün nəticəsinə əsasən finala yüksəlib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət