Slimfit
  1. İDMAN

"Real Madrid"də ciddi itki

"Real Madrid"də ciddi itki
Sakura

"Real Madrid"də ciddi itki

İspaniya millisinin və Real Madrid-in futbolçusu Serxio Regilon zədələnib.

Ens.Az goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi Millətlər Liqasının II turunda evdə Ukraynanı 4:0 hesabı ilə məğlub etdikləri matçda xəsarət alıb.

Oyunçu ayaq biləyindən zədələnib. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.

Qeyd edək ki, Serxio Regilon 2019/2020 mövsümündə icarə əsasında Sevilla-da oynayıb. O, komanda ilə birlikdə Avropa Liqasının qalibi olub. Müdafiəçi Sevilla-nın heyətində 38 matçda iştirak edib, 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR