Dərc edildi: Baxış sayı: 349
Hollandiyanın “Ayaks” klubunun yarımmüdafiəçisi “Real Madrid” klubunun diqqətini cəlb edib
Hollandiyanın “Ayaks” klubunun yarımmüdafiəçisi “Real Madrid” klubunun diqqətini cəlb edib.
AZƏRTAC xəbər verir ki, “kral” klubu 21 yaşlı Frenki De Yonqa görə 80 milyon avrodan keçməyə hazırdır.
İspaniya klubu bu transferə görə ciddi rəqabətlə qarşılaşa bilər. Belə ki, hollandiyalı futbolçunu Fransanın PSG, İspaniyanın “Barselona”, Almaniyanın “Bavariya”, İngiltərənin “Tottenhem”, “Mançester Siti” və “Mançester Yunayted” klubları sıralarına qatmaq niyyətindədir. Frenki De Yonq bu mövsüm “Ayaks”ın heyətində 13 dəfə start heyətdə yer alıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət