Slimfit
  1. CƏMİYYƏT

Rayonlu tələbələr Bakıda aylarla boş yerə kirayə haqqı verməkdən necə qurtula bilər?

Rayonlu tələbələr Bakıda aylarla boş yerə kirayə haqqı verməkdən necə qurtula bilər?
Sakura

Rayonlu tələbələr Bakıda aylarla boş yerə kirayə haqqı verməkdən necə qurtula bilər?

Kirayədə qalan və həmin evin satılması səbəbindən əşyalarını oradan çıxarmaq istəyən tələbələr, yaxud da onların valideynləri Təhsil Nazirliyinə müraciət etməlidir.

Ens.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev deyib. Onun sözlərinə görə, tələbələr qarşılaşdıqları problemləri həmin müraciətdə qabartmalıdırlar:

"Biz ümumi icazə verə bilmərik. Çünki onlar haqqında məlumata malik deyilik. Gənclər informasiyanı yalnış da verə bilər. Gediş-gəliş üçün icazədən sui-istifadə edə bilər. Ona görə bu dəqiqləşməlidir. Həqiqətən də belə bir məsələ varsa, Təhsil Nazirliyi Daxili İşlər Nazirliyinə  müraciət edər, yaxud da Operativ Qərargah ona uyğun bir qərar qəbul edər. Ərazinin sahə müvəkkili var. Sahə müvəkkili vasitəsi ilə dəqiqləşdirilə bilər. Həqiqətən də həmin ev kirayədədir, ev satılıb və bu tələbə əşyalarını oradan çıxartmalıdır. Ondan sonra istisna hal kimi həmin adamlara icazə verilə bilər, yaxud da bu istiqamətdə qərar qəbul olunar. Hər bir müraciətə fərdi qaydada baxılmalıdır. Kütləvi hal olmaz, tələbədir, gəl Bakıya 5-10 gün burada qal, virusa yolux, sonra rayona qayıt və insanları yoluxdur. Bu, yol verilən hal deyil”.

Kamran Əliyev hesab edir ki, Təhsil Nazirliyində bütün tələbələr haqqında geniş informasiya var.

İqtisadşı ekspert Natiq Cəfərli isə problemin həllinin bu qədər uzadılmasına ehtiyac olmadığını deyib:

"Yerli icra hakimiyyəti orqanlarının səlahiyyəti var ki, müəyyən arayışlar versinlər. Həmin tələbə hansı rayonda yaşayırsa, yerli icra hakimiyyətinə yaxınlaşsın. Orada rayon təhsil şöbəsi də var. Həmin məsələ orada qeyd olunmaqla onların birgə qərarı ilə arayış verilə bilər. Tələbə də ailəsi ilə həmin möhürlü arayışla istənilən postu keçməklə Bakıya gəlib problemini həll edə bilər. Məsələni bu boyda uzatmağın mənası yoxdur. Yaxud da Operativ Qərargahın qaynar xətti var. Həmin qaynar xəttə məlumat verməklə yerli icra hakimiyyətindən icazə almaqla rahat şəkildə tələbə Bakıya qayıda və problemini həll edə bilər”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR