Rayonlardan Bakıya qanunsuz sərnişin daşıyan şəxslər həbs edildi
Rayonlardan Bakıya qanunsuz sərnişin daşıması ilə məşğul olan şəxslər saxlanılıblar.
Ens.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Ağdaş rayon Yuxarı Qəsil kənd sakini Hüseynov Nicat Xaləddin oğlu özünə məxsus olan avtomobillə iyulun 7-də postlardan yayınmaqla müvafiq icazəsi olmayan şəxsləri Bakı şəhərinə gətirərkən Dövlət Yol Polisinin və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə əməliyyatı nəticəsində saxlanılıb.
Ona İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi (karantin rejimi qaydalarını pozma) maddəsi ilə 15 sutka inzibati həbs cəzası verilib.
Həmçinin Qəbələ rayon Bunud kənd sakini, 1985-ci il təvəllüdlü Ağakişiyev Əziz Gülağa oğlu da Qəbələdən paytaxta qanunsuz sərnişin daşıdığına görə 15 sutka inzibati həbslə cəzalandırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət