Slimfit
  1. CƏMİYYƏT

Rayonlara şəxsi avtomobillə gediş-gəlişə icazə verilə bilər - AÇIQLAMA

Rayonlara şəxsi avtomobillə gediş-gəlişə icazə verilə bilər - AÇIQLAMA
Sakura

Rayonlara şəxsi avtomobillə gediş-gəlişə icazə verilə bilər - AÇIQLAMA

Avqustun 27-də Təhsil Nazirliyi dərslərin hansı formada bərpa edilə biləcəyi ilə bağlı təkliflərini açıqlayıb. Belə ki, 15 sentyabrdan ali məktəblərdə dərslər onlayn qaydada keçiriləcək. Oktyabrın 1-dən isə birinci kursa qəbul olan tələbələrin universitetlərlə tanışlığı məqsədilə ənənəvi qaydada dərslərin keçirilməsi planlaşdırılır.

Dərslərin başlanması ilə bağlı rayonlara gediş-gəliş bərpa oluna bilərmi?

Ens.az xəbər verir ki, bununla bağlı KONKRET.az-ın sualını cavablandıran deputat Fazil Mustafa bildirib ki, tələbələrin sənədi var:

“Onlar tələbə bileti ilə Bakıya buraxılacaq. Eyni zamanda oxuduğu ali məktəbdən sənəd alaraq tələbə yaşadığı rayona qayıda biləcək. Burada optimal yol seçilibdir. Rayonlara gediş-gəlişlə bağlı yumşalmalar olmalıdır. Xüsusilə də, şəxsi avtomobillə rayonlara gediş-gəlişlə bağlı qadağa götürülməlidir. Çünki onun heç bir təhlükəsi yoxdur. Yoluxma ehtimalı daha çox avtobuslarla gedəndə yarana bilir. Uzun müddət abtobusla bir bölgəyə yol getmək və sosial məsafənin gözlənilməməsi yoluxmanı artıra bilər.

Qalan məsələlərdə rayonlara gediş-gəliş qadağası götürülməlidir. Çünki dərs həyatı başlayırsa, onda müəyyən sərbəstləşməyə gedilməlidir. Təbii ki, karantin qaydalarına əməl edilməsi vacibdir. Təhsil Nazirliyi optimal qərar qəbul edibdir. Yüz dəfə ölçülüb və biçilərək həm orta, həm də ali məktəb üçün hansı maqbul variant varsa, o da seçilib. Ona görə də, bu qərar normal qəbul olunmalıdır. Tədrisin müəyyən qaydada mümkün variantlarda bərpa olunması ümumi proseslərin xeyirinə ola bilər. Çünki çox sayda müəllim dərssiz qalıb. Bir çox şagirdlər də təhsil almaq imkanından məhrumdur. Çünki onlayn sistem ilə bütün təbəqələri əhatə etmək mümkün deyil. Ona görə də düşünürəm ki, bu, ən optimal qərardır. Bu yolla təhsilə davam etmək lazımdır. Bununla yanaşı hesab edirəm ki, rayonlara şəxsi avtomobillə gediş-gəlişə icazə verilə bilər”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR