Slimfit
  1. CƏMİYYƏT

Rayonlara gediş-gəlişə nəzarət edən postların işi dayandırılır

Rayonlara gediş-gəlişə nəzarət edən postların işi dayandırılır
Sakura

Rayonlara gediş-gəlişə nəzarət edən postların işi dayandırılır

Bu gecə saat 00:00-dan sonra rayonlararası gediş-gəlişlə bağlı tətbiq edilən məhdudiyyət aradan qaldırılır. Hər kəs qeydiyyat yerindən asılı olmayaraq, sərbəst şəkildə ölkənin istənilən şəhər və rayonuna egdib-gələ biləcək. Amma gediş-gəliş üçün hələ ki fərdi nəqliyyat vssitələri və taksi xidmətlərindən istifadə oluna bilər. Çünki ictimai nəqliyyat vasitələrilə sərnişindaşımalarına tətbiq olunmuş məhdudiyyət hələ ki qüvvədədir.

Ens.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

K.Əliyevin sözlərinə görə, şəhərlərarası sərnişindaşımlara icaə verilib-verilməməsi sanitar-epidemioloji vəziyyətdən asılıdır:

“Vətəndaşlar tələb olunan qaydalara nə qədər ciddi riayət edərlərsə, həm tibbi maskalardan istifadə, həm ara məsafə saxlanması kimi tələblərə diqqətlə yanaşarlarsa, məhdudiyyətlər bir o qədər tez aradan qaldırılar və sərnişindaşımların fəaliyyəti də bərpa olunar”.

Şöbə rəisi deyib ki, postlar əsas etibarilə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmiş inzibati ərazilərə giriş-çıxışa tətbiq olunmuş məhdudiyyətlərə nəzarət edilməsi məqsədilə təşkil edilmişdi:

“Ümumiyyətlə, postlarda yığışdırılası nə isə yoxdur. Orada quraşdırılmış bəzi qurğu və avandalıqlar var ki, müvəqqəti olaraq, saxlanacaq. Çünki açılmalardan sonra sanitar-epidemiolji vəziyyətin hansı yöndə dəyişəcəyini bilmirik. Lakin ictimai nəqliyyat vasitələri ilə sərnişin daşınma fəaliyyəti istisna olmaqla, həmin məhdudiyyətlər bu gecə saat 00:00-dan ləğv edildiyi üçün nəqliyyat vasitələrinin yoxlanılması prosesi və ümumiyyətlə, postların fəaliyyəti də dayandırılacaq”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR