Rayonlara gediş-gəliş bərpa edilir? - Rəsmi
Son günlər mütəxəssislər sərt karantin rejiminin avqustun 5-də ləğv ediləcəyi və şəhərlər, rayonlararası nəqliyyatın bərpa olunacağı haqda fikirlər səsləndirirlər.
Ens.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, şəhərlər və rayonlararası nəqliyyatın bərpası ilə bağlı quruma heç bir tapşırıq verilməyib.
“Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə şəhərlər və rayonlararası sərnişindaşımanın açılması ilə bağlı hələlik heç bir tapşırıq verilməyib. Belə bir qərar qəbul edilərsə, biz buna tam hazırıq. Hətta bununla bağlı ümumi konsepsiyanı da hazırlamışıq. Yəni sərnişindaşımanın hansı formada olması və s. məsələlərə hazırıq”, - o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət