Göylərin Baronessası - Raymonda De Laroş
"Uçuş qadınlar üçün mümkün olan ən yaxşı şeydir." - Raymonde de Laroche
Sıx bir tarixi dövr idi: müasir dövrün ilk olimpiadaları, Belle Epik, Birinci Dünya Müharibəsi... Qadınlar üçün tarix, idman və həyatda yer qazanmağa bir giriş idi. Raymonde də Laroche bir təyyarə ilə səyahət edən ilk qadın deyildi, nə də bir təyyarəni idarə edən ilk qadın deyildi, ancaq de Laroche bunları rəsmiləşdirərək tanınmaq istəyirdi. Raymonde de Laroche oxşarı olmayan aviator idi. Elise Raymonde Deroche olaraq doğulmuşdu, və o, su təsisatçısının qızı idi. Valideynləri ailə biznesindən fərqli bir karyeranı seçdiyinə görə bir qədər üzüldü.Və o, həyatının qalan hissəsində daşıyacaq olduğu Raymonde de Laroche adlı səhnə adı ilə aktrisa kimi karyerasına başladı. Bəs bu aktrisa aviasiya ilə necə maraqlandı?
Bütün bunlar rəssam ikən aviatora çevrilən Léon Delagrange ilə başladı. 1908-ci ildə Parisdə təşkil edilən sərgidə, Wrights pilotunu və onların təyyarəsini görəndən sonra, o, öz gələcəyini göylərdə gördü. Delagrange 1907-ci ildə onu özü üçün ilk təyyarəni istehsal edən Charles Voisinə tanıtdı və de Laroche onun məktəbində uçuşun sənət və elmini öyrənməyə başladı. Nəhayət, 8 mart 1909-cu ildə Raymonde de Laroche pilotluq sertifikatına layiq görülmüşdü. Bunu etməklə, o, dünyanın ilk lisenziyalı qadın pilotu oldu. O, hara gedərsə getsin Baronessa de Laroche kimi tanıtdırılırdı. Dünyanın ilk lisenziyalı qadın pilotu olan mövqeyinə görə, o, tez bir zamanda elit cəmiyyətin yüksək dairələrinə qəbul edildi. Onun yeni həyatının "baronessa" kimi ən yüksək nöqtəsi, Sankt-Peterburq Rusiyada, Çar Nikolay II ilə insanları salamlayarkən baş vermişdi. Çar onu "baronessa" adlandırdıqda, o, bu şərəfə rəsmi olaraq layiq görülmüşdü. Əvvəla, bu başlanğıcda bir səhv olsa da, o adına təyin edilmiş zadəganlıq ilə razılaşdı -bir hökmdar tərəfindən tanındı və təsdiq edildi!
O kim idi ki razı olmasın? Daha sonra, 1919-cu ildə Baronessa əvvəllər heç bir qadının etmədiyini edəcəyini düşünürdü - bu dəfə ilk qadın test pilotu olmağa çalışırdı, hansı ki bu yalnız kişilər üçün ayrılmış bir sahə idi. 8 iyul 1919-da, o, Le Crotoy Airfield-də testlərə başlamağa dəvət edildi. O, professional kişi test pilotu tərəfindən öyrədiləcəkdi. Və bu zaman yeni təyyarə tipinə eniş tətbiq olunduqda, təyyarə birdən-birə yerə daldı. De Laroche və pilot anında ölmüşdü. Sonda, su təsisatçısının qızı olan Baronessa Raymonde de Larochenin hekayəsi hələ də aviasiya erkən günlərinin ən ruhlandırıcı və ehtimal olunan nağıllarından biri olaraq qalır. Baronessa həyatı boyunca qeyri-adi maneələrə, yaralanmalara və uğursuzluqlara uğradı. Daha yüksəkdən, daha sürətli, daha uzun və uzaq uçaraq cəsarətini, dəmir iradəsini və fədakarlığını göstərdi. Onun vaxtsız ölümündən sonra Baronessanın şərəfinə heykəl ucaldılmışdır. Həmin heykəl bu gün də Parisdəki məşhur Le Bourget Havalimanında qorunub saxlanılır.
Müəllif: Nərmin Əsəd.
Mənbə: Sizinavropa.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət