Slimfit
  1. AZƏRBAYCAN

Rauf Babayev xəstəxanaya yerləşdirildi - Heydər Əliyev Fondu məsələni nəzarətə götürdü

Rauf Babayev xəstəxanaya yerləşdirildi - Heydər Əliyev Fondu məsələni nəzarətə götürdü
Sakura

Rauf Babayev xəstəxanaya yerləşdirildi - Heydər Əliyev Fondu məsələni nəzarətə götürdü

 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, məşhur “Qaya” qrupunun üzvü, “Qaya” Dövlət Ansamblının bədii rəhbəri Rauf Babayevin müalicəsi ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb.

Qafqazinfo-nun məlumatına görə, R.Babayev fevralın 23-də axşam saatlarında ürək çatışmazlığı diaqnozu ilə Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna yerləşdirilib. 

Bu gün Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Kardiologiya İnstitutuna gələrək, R.Babayevi ziyarət edib. A.Ələkbərov Xalq artistinin səhhəti ilə maraqlanıb. Bunun ardınca Rauf Babayev xüsusi təchiz edilmiş ambulansla Mərkəzi Klinik Xəstəxanaya köçürülüb. 

Artıq onun müalicəsi Heydər Əliyev Fondunun rəhbərliyinin nəzarəti altında Mərkəzi Klinikada davam etdiriləcək.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Şükür Eyvazov Qafqazinfo-ya açıqlamasında bildirib ki, Rauf Babayev Kardiologiya İnstitutunda müayinə olunarkən müəyyən olunub ki, uzun illər öncə keçirdiyi ürək problemləri ilə əlaqədar narahatlıq yaranıb:

“Bu narahatlıq aradan qaldırıb, Rauf Babayev indi özünü yaxşı hiss edir, rahat gəzir, vəziyyəti stabildir. Müalicəsinin sonrakı mərhələsini davam etdirmək üçün bu gün Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR