Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Rasionunuzda həmişə olmalı 3 super məhsul

Rasionunuzda həmişə olmalı 3 super məhsul
Sakura
:0

Rasionunuzda həmişə olmalı 3 super məhsul

Minimum üç super məhsul var ki, onlar həmişə sizin rasionunuzda olmalıdır. Həmin məhsulların istifadəsi iltihab və müxtəlif xəstəliklərin qarşısını alır. “Qafqazinfo”nun məlumatına görə, bu barədə mütəxəssislərin fikirlərini “Domaşni oçaq” jurnalı dərc edib.

Həmin üç super məhsulu sizə təqdim edirik:

Yumurta. Orqanizmi dəyərli nutrientlərlə təmin edən ən yaxşı əlçətan məhsullardan biridir. Bir orta ölçülü yumurta bizə 6 qram zülal verir və bundan əlavə, onun tərkibində yüksək miqdarda A, B, D vitaminləri, kalium mineralı var. Mütəxəssislərin fikrinə görə, yumurtanın istifadəsi ürək xəstəlikləri riskini aşağı salır, onların sarısı isə xolesterinin artması ilə heç cür bağlı deyil.

Qırmızı bolqar bibəri. Onun tərkibində C vitamininin miqdarı portağaldakından iki dəfə çoxdur. Bundan başqa, qırmızı bolqar bibərinin tərkibində antioksidant xüsusiyyətlərə malik beta-karotin və likopin var. Bibərin istifadəsi orqanizmin hüceyrələrini oksidləşdirici stres və dağılmadan qoruyur, immun sistemini xərçənglə mübarizədə möhkəmləndirir.

Zeytun yağı. O, orqanizmə lazım olan bütün sağlam yağlarla zəngindir, iltihabi əleyhinə təsir göstərir, qanda xolesterin və şəkərin səviyyəsini aşağı salır. Zeytun yağı ürək xəstəliklərindən effektiv qoruyur. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR