Rasim Musabəyov: Azərbaycan Avropa üçün əhəmiyyətli ölkədir
Azərbaycan Avropa üçün çox əhəmiyyətli ölkədir. Hamı başa düşür ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında nəzərəçarpacaq rol oynayır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Rasim Musabəyov söyləyib.
Siyasətçi bildirib ki, bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar davam etdirilir. Lakin, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı yalnız bir saziş çərçivəsində həyata keçirilmir. Avropa üçün mühüm əhəmiyyət kəsb edən TANAP layihəsi tamamlanmaq üzrədir, TAP layihəsi də gələn ildən işləməyə başlayacaq. Avropalılar bunu qiymətləndirməlidir, bunu unutmaq olmaz.
R.Musabəyov deyib: “Bu gün Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına üzv 6 ölkəyə, təxminən, 30 milyard avro ayrılıb. Amma Azərbaycanın həyata keçirdiyi Cənub Qaz Dəhlizinə təqribən 50 milyard avro vəsait ayrılıb. Bunlar hamısı onu göstərir ki, Azərbaycan Avropa üçün nə qədər əhəmiyyətlidir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət