Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Raquf Orucov İbrahim oğlu

Raquf Orucov İbrahim oğlu
Sakura

Doğum tarixi : 12 iyul 1972 Vəfat tarixi: 2 aprel 2016 (43 yaşında)

Raquf Orucov (tam adı: Raquf İbrahim oğlu Orucovd. 12 iyul 1972; Ağdam rayonu, Azərbaycan - ö. 2 aprel 2016; Gəncə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Qarabağ müharibəsinin qazisi, 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Erкən illəri

Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların ailəsində anadan olub. Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı var idi. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrıldı və çətin günlərdə Azərbaycan Ordusunun sıralarına qoşuldu. Anası Raya xanım oğlu üçün yaman nigaran idi. Günlərin birində Raquf evə axsayarağ gəldi. Raquf Orucov bu üç-dörd ay ərzində Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası aldı. Anası onun yaralandığını görməsin deyə, Raquf iradəsini topladı, anası ilə görüşdən yayındı. Elə həmin günlərdə ermənilərin Ağdam rayonunu atəşə tutması nəticəsində Raquf Orucovun dayısı Azər Rəhimov şəhid oldu. Qanlı döyüşlərdə Azərbaycan ordusu nə qədər şücaət göstərsə də, 1993-cü ilin 12 iyun günündə rus-erməni ordusu Ağdam rayonunun Cinli kəndini işğal etdi. İşğal nəticəsində beş övlad anası olan Raya xanım namərd düşmən gülləsindən şəhid oldu. Elə həmin ildəcə Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verdi, amma məktəbə qəbul ola bilmədi. Buna baxmayaraq o, ruhdan düşmədi və ertəsi il həmin məktəbə qəbul oldu. Anasının qisasını ermənilərdən alacağı ümidilədə onun şərəfli hərbçi həyatı başladı.

Şəxsi həyatı

Raquf Orucov 1999-cu ildə Sevinc Alızadə ilə ailə həyatı qurdu; Aqşin və Nihad adında iki oğlu var.

Hərbi xidməti

Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində iki il ərzində lazımi biliklərə yiyələndi. Kursant Orucov, ona məktəbdə verilən müavinatları özünə xərcləmir, gətirib atasına, onlara analıq edən nənəsi və ömrünü qardaşının dörd övladına həsr edən, bibisi Səyyarə xanıma verir.

1996-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat aldı, amma gənc zabit ön cəbhədə olmağa üstünlük verdi. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağa aldı və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdi.

Aprel döyüşləri

2016-cı ilin aprel ayının əvvəlindən polkovnik-leytenant Raquf Orucov sonuncu döyüşünə qatıldı. Aprelin 5-i polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salındı. Sumqayıt şəhərində baş tutan dəfn mərasiminə 10 000-dən çox insan, Müdafiə Nazirliyinin üst rütbəli zabitləri Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunan Raquf Orucovun məzarının solunda 2014-cü il doyüşlərində şəhid olan əsgər Hüseyn Abdulov, sağında elə Aprel döyüşlərində şəhid olan Murad Məmmədov dəfn edilib. Həm Hüseyn Abdulov, həmdə Murad Məmmədov polkovnik-leytenant Raquf Orucovun əsgərləri idi.

Azərbaycanın Milli Qəhrəmanı adının verilməməsi

Raquf Orucovun ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməməsi, uzun müddət ailəsi tərəfindən narazılığa səbəb oldu.

Dövlət təltifləri

  •  (1995) — "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı
  •  (1998) — "Hərbi xidmətlərə görə" medalı
  •  (2001) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
  •  (2003) — "Qüsursuz xidmətə görə" III dərəcəli medalı
  •  (2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
  •  (2008) — "Qüsursuz xidmətə görə" II dərəcəli medalı
  •  (2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
  •  (2013) — "Qüsursuz xidmətə görə" I dərəcəli medalı
  •  (2016) — "İgidliyə görə" medalı

İrsi

2016-cı ilin iyulun 12-də UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutan "Qarabağ"-"Dudelanj" (2:0) görüşündən əvvəl Tofiq Bəhramov adına Respublika Stadionunda, həmin gün 44 yaşı tamam olan Raquf Orucovun xatirəsinə banner açıldı. Bannerdə Raquf Orucovun şəkili və "ÖLMƏZ KOMANDİR RAQUF ORUCOV" yazısı yer aldı.

Elə həmin gündə də Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında 44 yaşı tamam olan Raquf Orucovun anım mərasimi baş tutdu. Anım mərasiminə şəhərin ziyalıları, habelə iki qat Paralimpiya çempionu İlham Zəkiyev, Olimpiya çempionu Fərid Mansurov, Olimpiya Oyunlarının bürünc medalçısı Şahin İmranov, pəşəkar boks üzrə Dünya çempionu Fariz Məmmədov və digər şəxslər qatıldı. Ağdam şəhərinin sabiq meri Nizami Sadıqov və 2013-cü ildə Raquf Orucovun rəhbərliyi altında hərbi xidmətdə olan pəşəkar boksçu Fazir Məmmədov onun haqqında xatirələrini bölüşdü.

2017-ci il 13 fevralda isə Oxford Məktəbində Raquf Orucovun həyatından bəhs olunan "Murov qartalı" kitabının təqdimatı mərasimi oldu. Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başladı. Təqdimat mərasiminə Parlamentin deputatlatı Qənirə Paşayeva, Adil Əliyev və Fuad Muradov, habelə iki qat Paralimpiya çempionu İlham Zəkiyev, Olimpiya çempionu Fərid Mansurov, pəşəkar boks üzrə Dünya çempionu Fariz Məmmədov, ombudsman Elmira Süleymanova və digər şəxslər qatıldı. Təqdimat mərasimi natiqlərin çıxışı və şagirdlərin vətənpərvərlik mövzusunda şeir və musiqi nömrələri ilə başladı. Daha sonra mərasimə dəvət olunan ictimai xadimlər, deputatlar, idman ictimaiyyətinin nümayəndələri Raquf Orucov barəsində xatirələrini bölüşdü. Elşən Əliyev və Elxan Salahovun müəllifliyi və tərtibçili ilə ərsəyə gələn kitabda şəhidin həyat yoldaşı Sevinc Orucovanın yazdığı olduğca təsirli esse də yer alıb. Kitab Raquf Orucovun əsgər yoldaşları, dostları və ailə üzvlərinin xatirələri əsasında yazılıb. Təqdimat mərasiminin sonunda Raquf Orucov haqqında sənədli film nümayiş olundu. Raquf Orucov bir çox kadrda gülərüz görünsə də, zalda əlyəşənlər göz yaşlarını saxlaya bilmədi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR