Slimfit
  1. İDMAN

Ramos Çempionlar Liqasında iki rekorda imza atıb

Ramos Çempionlar Liqasında iki rekorda imza atıb
Sakura

Ramos Çempionlar Liqasında iki rekorda imza atıb

Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Lans”ın qapısına vurulan penalti qolu “Sevilya”nın müdafiəçisi Serxio Ramosun müdafiəçilər arasında turnirdə bütün zamanların bombardiri siyahısında vahid lider olmasına imkan verib.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu qol ispaniyalının Çempionlar Liqasında 17-ci qoludur. Qeyd edək ki, Serxio həm də turnir matçında penalti vuran ən yaşlı futbolçu olub.

Xatırladaq ki, bu gün, dekabrın 12-də Çempionlar Liqasının qrup mərhələsinin son turunun matçında Fransanın “Lans” və İspaniyanın “Sevilya” klubları üz-üzə gəlib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə “Lans”a qrupda üçüncü yeri tutmağa imkan verdi ki, bu da onlara Avropa Liqasının yaz hissəsində mübarizə aparmaq hüququ verir. “Sevilya” B qrupunda sonuncu pillədə qalıb və avrokuboklarda çıxışını başa vurub.

Mənbə: championat.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR