Ramiz Mehdiyevin kürəkəni və onun qudası məhkəmə qarşısına çıxarılıb
Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron rayon məhkəməsinə gətirilib.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, karantin rejiminin tələblərini pozduqları üçün məhkəmə qarşısına çıxarılıblar.
Onlar İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsi ilə ittiham olunurlar.
Prosesə hakim Şövkət Nəcəfovanın icraatında baxılır.
11.49
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni eks-deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron rayon məhkəməsinə gətirilir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb onun avqustun 18-də sabiq deputat bağ evində qızı Fidan Əliyeva üçün keçirdiyi toy mərasimi olub.
Karantin qaydalarını pozduqları üçün cəmiyyətdə geniş müzakirələrə səbəb olan toy sahibləri barədə qanuna müvafiq formada ölçü götürüləcək.
Əlavə məlumat verəcəyik.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət