Slimfit
  1. CƏMİYYƏT

Ramiz Mehdiyev, Əbülfəz Qarayev və Səttar Mehbalıyev komissiyadan çıxarıldı

Ramiz Mehdiyev, Əbülfəz Qarayev və Səttar Mehbalıyev komissiyadan çıxarıldı
Sakura

Ramiz Mehdiyev, Əbülfəz Qarayev və Səttar Mehbalıyev komissiyadan çıxarıldı

Xəbər verdiyimiz kimi, bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının tərkibi təsdiqlənib.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Prezident Administrasiyanın rəhbəri dəyişdiyinə görə, Əfv Məsələləri üzrə Komissiyanın sədri də dəyişib. Sədr vəzifəsində sabiq PA rəhbəri Ramiz Mehdiyevi Samir Nuriyev əvəz edib.

Bundan başqa, Komissiyanın tərkibində olan bəzi şəxslər vəzifəsini itirdiyi və ya dəyişdiyi üçün buradakı fəaliyyətlərinə də xitam verilib. 

Məsələn, keçmiş Daxili işlər naziri Ramil Usubovu hazırki nazir Vilayət Eyvazov əvəzləyib. Bundan başqa, sabiq DTX sədri, hazırda Müdafiə Sənayəsi naziri vəzifəsini daşıyan Mədət Quliyev isə Əli Nağıyevlə əvəzlənib.

Vəzifəsindən azad edilən sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevin də Komissiyadakı fəaliyyətinə xitam verilib.

Millət vəkili, parlamentin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı ilə yanaşı, deputatlar Bəxtiyar Əliyev və Səttar Möhbalıyev də Komissiyadan çıxarılıb. Hazırda Azərbaycanın Ukraynadakı səfiri vəzifəsini daşıyan Elmira Axundova isə vəzifə dəyişikliyi ilə əlaqədar eyni aqibətlə üzləşib.

Komissiyanın yeni tərkibində yer almayanlar arasında Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev və  əməkdar müəllim Cəmilə Ramazanova da var.

Qeyd edək ki, Prezident yanında Əfv Məsələləri Komissiyasının tərkibi sonuncu dəfə 2016-cı ildə təsdiqlənmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR