Slimfit
  1. CƏMİYYƏT

Ramin Bayramlı: “Vətəndaşlar payız-qış aylarına hazırlıqlı olsunlar”

Ramin Bayramlı: “Vətəndaşlar payız-qış aylarına hazırlıqlı olsunlar”
Sakura

Ramin Bayramlı: “Vətəndaşlar payız-qış aylarına hazırlıqlı olsunlar”

“Vətəndaşlar payız-qış aylarına hazırlıqlı olsunlar”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. 

O bildirib ki, bu mövsümlər respirator infeksiyaların yüksəliş dövrü hesab olunur:

“Ekspertlər bu aylar üçün koronavirusla bağlı ciddi hazırlıq görməyi tövsiyə edirlər. COVID-19-la kliniki əlamətləri oxşar olan çoxlu respirator virus və atipik pnevmoniya törədən bakterial infeksiyalar var.

Payız aylarına doğru COVID-19-la mübarizədə müsbət irəliləyişlərə nail olunmasa, xəstəliyin differensial diaqnostikası çətinləşə bilər və tibb müəssisələrinin üzərinə daha çox yük düşər.

Ona görə də hər kəs məsuliyyətli olmalıdır. Tibb müəssisələri də bu sahədə müvafiq tədbirlər görməlidirlər ki, lazım gəldiyi təqdirdə xəstəliklərin diaqnostikasını aparmaq mümkün olsun”.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR