Dərc edildi: Baxış sayı: 485
Ramil Usubov rəis müavinini işdən çıxardı
Daxili İşlər naziri Ramil Usubov rəis müavinini işdən çıxarıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, general-polkovnik Ramil Usubovun əmri ilə, Gədəbəy Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Fəzail Məmmədov vəzifəsindən azad olunaraq sərəncama götürülüb. Onun yerinə isə hələlik təıyinat yoxdur.
Xəbəri Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov Unikal.org-a təsdiqləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət