Dərc edildi: Baxış sayı: 646
Ramil Quliyev qitələrarası dünya çempionatında ikinci olub
Azərbaycanlı atlet Ramil Quliyev qitələrarası dünya çempionatında 200 metr məsafəyə qaçışda ikinci yeri tutub.
"Report" xəbər verir ki, 28 yaşlı idmançı Çexiyanın Ostrava şəhərində təşkil olunan yarışda 20.28 saniyə ilə ikinciliyi əldə edib. Panamalı Alonso Edvard isə 20.19 saniyə ilə birinci olub.
Qeyd edək ki, Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının (IAAF) təşkil etdiyi yarışda qitələr mübarizə aparır. Türkiyə millisinin heyətində dünya və Avropa çempionu olan Ramil Quliyev Avropa komandasının heyətində yer alıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət