Slimfit
  1. CƏMİYYƏT

Ramazan ayı ilə bağlı suallara cavab: Azan oxunarkən yemək olar? - VİDEO

Ramazan ayı ilə bağlı suallara cavab: Azan oxunarkən yemək olar? - VİDEO
Sakura

Ramazan ayı ilə bağlı suallara cavab: Azan oxunarkən yemək olar? - VİDEO

Martın 11-dən dünya müsəlmanlarının müqəddəs ayı olan Ramazan başlayıb. Bəs müsəlmanların həyatında Ramazanın önəmi nədən ibarətdir?

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,Ramazan ayında oruc tutmaq islamın tələb etdiyi əsas beş şərtdən biridir. Orucun 624-cü ildə Məhəmməd peyğəmbər tərəfindən təsis edildiyi güman edilir. Rəvayətə görə, Ramazan ayı gecələrindən birində Məhəmməd peyğəmbərə ilk vəhy nazil olur. Müqəddəs Quran kitabı məhz bu ayda yazılmağa başlayır. Ramazan ayı müsəlmanlara imanlarının gücünü təsdiqləməyə, nəfsi idarə etməyə və mənəvi təmizlənməyə kömək edir.

Ramazan ayında oruc tutanlara tapşırılır ki, daxili saflığı qorusunlar, insanı murdarlayan fikirlərdən, vəsvəsələrdən və hərəkətlərdən uzaq olsunlar. Bu ayda sədəqə və yemək paylamaqla yoxsullara kömək edilməlidir.

Orucun başlama və sahurun qurtarma vaxtı imsak vaxtıdır. İmsak eyni zamanda gecənin sona çataraq yatsı namazının vaxtının qurtarıb sübh namazının vaxtının girdiyi andır. Odur ki, əgər azan imsak vaxtına müvafiq oxunursa, azan başlayana qədər yemək olar, hətta azan başladığı ərəfədə ağızda olan loxmaların da udulmasında hər hansı bir qəbahət yoxdur. Lakin azan təqvimdə göstərilən imsak vaxtından bir qədər sonra oxunursa, belə olan təqdirdə azana qədər yemək olmaz.

Oruc tutan müsəlmanların gün batandan sonra yemək yemələri iftar adlanır. İftar süfrəsinə ilk olaraq su gətirilir. Daha sonra qatıq və ya ayran verilə bilər. Ramazan ayında iftar süfrəsinə adətən qohumlar, yaxınlar dəvət olunur. Belə bir rəftar müsəlmanların birliyini vurğulayır, ilahi bir iş sayılır və günahların bağışlanmasına kömək edir.

Ramazan ayı 29 və ya 30 gün davam edir, onun müddəti dini bayramların tarixlərini təyin etmək üçün istifadə olunan islam təqvimi ilə diktə olunur. İslam təqvimi yalnız ayın görünən fazalarından asılı olaraq Ay təqvimidir.

Günəş və qəməri illər arasındakı fərq 10 gündən 12 günə qədərdir. Bu uyğunsuzluq islam təqviminin aylarının fəsillərə nisbətən yerdəyişməsi deməkdir. Buna görə də Ramazan ayı ilin müxtəlif vaxtlarına düşür.

Oruc sübhdən təxminən iki saat əvvəl başlayır və gün batdıqdan sonra axşam bitir. Sübh anlayışı kifayət qədər çevik olduğu üçün Quranda bu barədə ayrıca göstəriş var: “Sübh çağı ağ sap və qara sap görənə qədər yeyin-için, sonra gecəyə qədər oruc tutun”.

Xəstələr, müsafirlər, əsirlər və müharibədə vuruşan möminlər oruc tutmaqdan azaddırlar. Həddi-büluğa çatmamış uşaqlara oruc tutmaq vacib deyil. Müvəqqəti şəraitə görə orucdan azad olanlar onu sonrakı aylarda özlərinə münasib vaxtda saxlamalı və ya oruc tutmaq mümkün olmayan günləri kasıblara əl tutmaqla əvəz etməlidirlər.

Qeyd edək ki, oruc tutmaq təkcə ibadət deyil, orucun insan orqanizminə də çox böyük faydaları var.

Daha ətraflı Baku TV-nin süjetində:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR