Slimfit
  1. TEXNOLOGİYA

RAM yaddaşı nədir və nə üçündür? – Faydalıdır

RAM yaddaşı nədir və nə üçündür? – Faydalıdır
Sakura

RAM yaddaşı nədir və nə üçündür? – Faydalıdır

RAM kompüter, smartfon və ya planşetlərin vacib hissəsidir. Hər hansı bir elektron cihazı satın aldığımız zaman RAM da ən çox diqqət etdiyimiz məqamlardandır. Bu hissədəki problem və ya çatışmazlıq əməliyyatlara mənfi təsir göstərir deyə istifadə etmək istədiyimiz fayl ya heç açılmayacaq, və ya çox ləng işləyəcək.

Bəs elektron qurğular üçün bir növ beyin rolunu oynayan RAM nədir, necə işləyir? TED.az olaraq bunu bilməyin faydalı olduğunu düşünərək, RAM haqqında bütün məlumatları sizə təqdim edirik.

RAM (Random Acces Memory) məlumat saxlama və ya yaddaş bölməsinin bir növüdür. Saxlanılan məlumatlara tez bir zamanda daxil olmağa imkan verir. Hard disk və ya USB yaddaş kartlarından fərqli olaraq RAM lazım olan məlumatları daimi deyil, müvəqqəti olaraq saxlayır.

RAM yaddaşı nə edir və necə işləyir?

RAM yaddaşında kiçik qutular var. Bu qutuların hər biri sıra ilə sütun şəklində yerləşir. Dəstə şəklində olan RAM qutularındakı hər bir qutucuğa hücrə deyilir. RAM yaddaşı zəruri məlumatları məhz bu qutucuqlarda saxlayır və istənilən vaxt tez bir zamanda ötürür. Prosessor da tələb olunan əməliyyat üçün RAMla əlaqə qurur. Bütün əməliyyatlar haqqında məlumatlar da RAM-da saxlanılır. RAM-ın yüksək tutumu, kompüterin və ya fərqli cihazların eyni anda birdən çox əməliyyat üçün məlumat saxlamaq iqtidarında olması deməkdir.

RAM yaddaşı zəif olduğu zaman isə istədiyiniz əməliyyat ya çox yavaş gedir, ya da ümumiyyətlə yerinə yetirilmir. Kompüter və digər cihazlar söndürüldüyü zaman lazım olan enerji kəsildiyi üçün RAM yaddaşında olan bütün məlumatlar da itir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR