Slimfit
  1. CƏMİYYƏT

Rafiq Daşdəmirli-Nə qədər gec deyil...

Rafiq Daşdəmirli-Nə qədər gec deyil...
Sakura

Rafiq Daşdəmirli-Nə qədər gec deyil...

Qocaman siyasətçi, Milli Cəbhə Partiyasının Ali Məclisinin sədri Rafiq Daşdəmirli öz sosial hesabında maraqlı yazı ilə çıxış edib.

Ens.az SNN NEWS.AZ-a istinadən xəbər verir ki, həmin yazını olduğu kimi təqdim edir.

"Qanunlara əməl olunmadıqca, qanunlar tək kasıblar üçün tətbiq olunduqca, günü gündən yoluxma sayı artmaqda davam edir. Kasıb milləti içəri doldurmaqla, kasıb millətə çərimə yazmaqla, kasıb millətin qabağını kəsməklə heç nəyə nail olmaq olmaz.İnsanların günü gündən vəziyyətləri ağırlaşdıqca,qəzəb hirslərini gizlətmədən daha yüksəkdən danışmağa başlayıblar.İndi öncədən susmağı üstün tutanlar,indi dana bərkdən danışmağa başlayıblar.

Dünənə kimi bizi qınayanlar, indi bizə rəğbət bəsləyirlər. Biz deyəndə ki, bu operativ qərargah naşılardan ibarətdir, onlar danışmaqdan başqa heç nə bilmirlər. Biz deyən də ki, nə qədər pandemiya ilə mübarizədə neqativ hallar var, bizi qınayanlar, bu gün özləri bunları etiraf edirlər. Xalq olaraq hələ də özümüzü tanımamışıq. Bu gün daha açıq demək lazımdır ki, bizim ölkədə karantinin bitməsini istəməyən qüvvələr var. Bu gün ölkə iqtisadiyyatının tam tənəzzülə uğramasını istəyən qüvvələr var.

Bu gün insanların tam kasıblaşmasını istəyən qüvvələr var. Bu gün insanların zorla da olsa üsyana hazırlayan qüvvələr var. Bu gün ölkəni xaosa sürükləyən qüvvələr var. Bu gün ölkədə qardaşı qardaşa qırdırmağa, ölkəni yenidən şimal qonşumuza satmağa hazır olan qüvvələr var. Bunların hamsının günahkarı ölkədə qanunları qəbul edib,onu qoruyanların üstündədir. Bilin hələ ki,gec deyil, qaldırın bu karantini. Karantin tək kasıblar üçün deyil. Əgər qanun birtərəflidirsə, əgər vəzifəlilərin icazəsi varsa,kasıblarsa rüşvətlə çıxış əldə edirlərsə, bu sondur.

Nə qədər gec deyil, xalqa baxın, xalqın yaşamasına yardımçı olun. Sonra deməyin ki, gecdir."

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR