Slimfit
  1. İQTİSADİYYAT

Rabitəbank müştəri və əməkdaşların sağlamlığını ən son texnologiya ilə qoruyur

Rabitəbank müştəri və əməkdaşların sağlamlığını ən son texnologiya ilə qoruyur
Sakura

Rabitəbank müştəri və əməkdaşların sağlamlığını ən son texnologiya ilə qoruyur

“Rabitəbank” koronavirus (COVİD-19) pandemiyası səbəbilə müştərilərinin və əməkdaşlarının sağlamlıqlarının qorunması istiqamətində növbəti tədbir həyata keçirib.

Bankın 28 may küçəsi 33 ünvanında yerləşən baş ofisinin girişində yerli istehsal olan “RD Smart” model “Bio-Dezinfeksiya keçidi” sistemi quraşdırılıb. Bu gigiyena qapısı sensorların köməyi ilə avtomatik olaraq püskürmə üsulu ilə çalışır, insanların qapıda 3 saniyə qalması ilə üzlərini, paltarlarını, ayaqqabılarını ani anda dezinfeksiya edir. Dezinfeksiya məhlulu duman buluduna çevrilərək geyimi nəmləndirmədən dərhal bədənə hopur və mövcud mikroorqanizmləri zərərsizləşdirir. İstifadə olunan dezinfeksiya məhlulu insan orqanizmi üçün tam zərərsizdir. Gigiyena qapısında həmçinin üz tanıma infraqırmızı termometr quraşdırılıb. Süni intellekt texnologiyasına əsaslanan bu termometr bədən hərarətini dəqiq müəyyən edir. “Rabitəbank”, “Made in Azerbaijan” brendinin təşviqinə dəstək göstərir və son texnoloji standartlarına cavab verən “Bio-Dezinfeksiya keçidi” də yerli istehsaldır.

Bu yeniliklərlə yanaşı “Rabitəbank” ölkədə pandemiya vəziyyəti mövcud olduğu ilk günlərdən bütün filiallarında və inzibati binalarda davamlı dezinfeksiya işləri həyata keçirir. İnsan səhhəti üçün zərərsiz olan dezinfentantlarla hər həftə bütün filiallar dezinfeksiya edilir və ərazini 10 gün ərzində qorumaq gücünə sahibdir.

Dezinfeksiya tədbirlərindən əlavə “Rabitəbank” bütün bankomatlarında mikrob və bakteriyaların əldən-ələ ötürülməsinin qarşısını almaq üçün dezinfeksiya məhlullu dispenserlərin quraşdırılmasına başlayıb. Bankomatların monitorunda istifadədən öncə maska taxmaq və əlləri bu dispenserdən dezinfeksiya etmək haqqında təlimat yerləşdirilib.

“Rabitəbank” müştərilərini banka gəlmədən ənənəvi bank əməliyyatlarını həyata keçirmək üçün “Rabitəbank Mobil” tətbiqinin və “RabitaBot” çatbotundan istifadə etməyə səsləyir. Hesabların idarə edilməsi, pul köçürmələri, ödəmələr, limitlərin təyin edilməsi və bir sıra digər bank əməliyyatlarını “Rabitəbank Mobil” tətbiqi vasitəsilə rahatlıqla həyata keçirmək mümkündür.

 

Mənbə: Fins.az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR